“Çeburaşka” tammetrajlı bədii filmi çəkiləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Rejissor Dmitriy Dyaçenko “Çeburaşka” tammetrajlı bədii filminin çəkilişlərinə başlayacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ailə komediyası janrında çəkilən filmdə tamaşaçılar əfsanəvi animasiya qəhrəmanı olan Çeburaşkanı görə biləcək. Layihənin başlanması 2021-ci ilə nəzərdə tutulub.
Filmin ərsəyə gəlməsində “Soyuzmutfilm”, “Yellow, Black and White” studiyaları ilə bərabər “Rossiya 1” və “STS” telekanalları iştirak edir. Çəkiliş zamanı müasir kompüter texnologiyalarından istifadə olunacaq.
Müəllif qrupunun rəhbəri, “Yellow, Black and White”ın baş prodüseri Vitali Şlyapponun sözlərinə görə, ekran əsəri köhnə animasiyanın tam eynisi olmayacaq, ancaq Çeburaşka mülayim, eyni zamanda, dəcəl və yekəqulaq bir heyvan kimi təqdim ediləcək.
Qeyd edək ki, Çeburaşka obrazını uşaq yazarı Eduard Uspenski yaradıb. Qəhrəmanın görünüşünü isə cizgi film rəssamı Leonid Şvartsman verib. “Soyuzmutfilm”in qızıl kolleksiyasına daxil olan Çeburaşka, Timsah Gena və digər qəhrəmanların 50 illik yubileyi 2019-cu ildə qeyd edilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir