×
A
A
A
Sazlamalar

Əmanətlərin Sığortalanması Fondu Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərib

Bakı, 7 oktyabr, AZƏRTAC

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər davam etməkdədir.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) AZƏRTAC-a bildirilib ki, qurumun kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna yardım məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərib. Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq qida, geyim və digər vacib ləvazimatlar ilə yardım göstəriblər.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Qarabağ Azərbaycandır!

2020-10-07 16:30:00