×
A
A
A
Sazlamalar

Milli İncəsənət Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 7 oktyabr, AZƏRTAC 

Bu gün kiçikdən böyüyə hər bir azərbaycanlının qəlbi Vətən eşqi ilə çırpınır. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət etdiyi ilk gündən respublikanın hər bir vətəndaşı böyük şərəf hissi ilə ordu sıralarına qatılmağa hazır olduğunu bir daha sübuta yetirdi. Torpaqlarımızın azadlığı və respublikamızın ərazi bütövlüyü naminə Vətənin oğul və qızları ön və arxa cəbhədə bir yumruq kimi birləşərək düşmənlə cəng meydanında vuruşmağa hazırdır və bu bizlərin vətəndaşlıq borcudur.
Döyüşlər zamanı Azərbaycan şanlı ordusunun ard-arda qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır. Yaxın günlərdə xalq qəhrəman oğulları ilə birgə əzəli torpaqlarımıza müzəffər yürüşü edəcəyinə qəti şəkildə əmindir.
AZƏRTAC xəbər verir ki, bu haqq yolunda rəşadətli ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 6000 manat vəsait köçürüb.

Mədəniyyət 2020-10-07 14:50:00