×
A
A
A
Sazlamalar

Edvard Van Halenin gitarası birdəfəlik susdu

Bakı, 7 oktyabr, AZƏRTAC

Amerikalı gitaraçı, “Van Halen” rok qrupunun yaradıcısı Edvard Van Halen ömrünün 65-ci ilində dünyasını dəyişib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ifaçının oğlu özünün “Twitter” səhifəsində yazıb.
O bildirib: “Mən bunu yazdığıma inana bilmirəm. Ancaq mənim atam uzun illər xərçəng xəstəliyi ilə apardığı çətin mübarizədə uduzdu”.
Amerikanın “TMZ” portalında qeyd olunub ki, Edvard Van Halen Santa Monika şəhərində xəstəxanada rəhmətə gedib. Ölüm zamanı yanında həyat yoldaşı, oğlu və qardaşı olub.
Bildirilib ki, ifaçıya 10 il bundan əvvəl udlaq xərçəngi diaqnozu qoyulmuşdu. Son həftə ərzində xəstənin halı kəskin dərəcədə pisləşib.

 

Mədəniyyət 2020-10-07 11:55:00