×
A
A
A
Sazlamalar

ABŞ neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Bakı, 7 oktyabr, AZƏRTAC

ABŞ “Brent” markalı xam neftin qiymətinə dair proqnozunu dəyişib.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, EIA cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 41,1 dollar olacağını nəzərdə tutur. Ötənaykı proqnoz isə 41,9 dollar/barrel idi.
EIA bildirib ki, ilin birinci rübündə “Brent”in orta qiyməti 50 dollar/barrel, ikinci rübdə 29 dollar/barrel, üçüncü rübdə 43,9 dollar/barrel olub. “Brent” orta qiyməti gələn il isə 47 dollar/barrel olacaq. Əvvəlki proqnoz 49 dollar/barrel idi.
Bundan əlavə, EIA-ya görə, qarşıdakı aylarda qlobal neft ehtiyatları artacaq və xam neft hasilatı həcmindəki bolluq isə qiymət üzərində təzyiq göstərəcək.

Neft - qaz 2020-10-07 11:49:00