×
A
A
A
Sazlamalar

Ramil Əhmədin kitabı Türkiyədə nəşr olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə üzrə yazıçı Ramil Əhmədin “Zaman tuneli” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Mədəniyyət 2020-10-07 11:31:00