×
A
A
A
Sazlamalar

“AccessBank” döyüşlərdə zərərçəkmiş şəxslərə 200 min manat ayırıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Hazırda Azərbaycan xalqı və Milli Ordu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır.
Mövcud vəziyyəti nəzərə alaraq, “AccessBank” Vətənin bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərərçəkmiş şəxslərə yardım məqsədilə ilkin mərhələdə 200 min manat vəsait ayırıb. Bu vəsait hərbi hospitallara və cəbhəyanı ərazilərdə yaralılara təcili tibbi yardım göstərmək üçün dərman və tibbi ləvazimatların alınmasına xərclənəcək. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün məhsullar alınacaq.
“AccessBank” işğal altında olan torpaqları azad etməyə davam edən Azərbaycan xalqını və Ordusunu dəstəkləyir. Bankın rəhbərliyi və kollektivi bütün azərbaycanlıları işğal altında olan ərazilərin azad edilməsi münasibətilə təbrik edir və ölkənin ərazi bütövlüyünün yaxın gələcəkdə tam bərpa olunacağına və hər bir azərbaycanlının öz evinə qayıdacağına inamını bildirir.

2020-10-06 16:42:00