×
A
A
A
Sazlamalar

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Hacıquluların malikanəsi

Bakı, 6 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti material Hacıquluların malikanəsinə həsr olunub.
Hacıquluların malikanəsi (inv. 341) Şuşa şəhərinin mərkəzi hissəsində yerləşir. Bu üçmərtəbəli bina həm eksteryer, həm də interyerində bütün təmtəraqlı malikanələr kimi milli memarlıq üslubunu özündə əks etdirir. Malikanənin təməli 1849-cu ildə tacir Qulu Məhəmmədəli oğlu tərəfindən qoyulub.
Şuşa şəhərinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Hacı Quluların malikanəsi top atəşinə tutularaq divarları dağıdılıb.
Hazırda malikanənin yalnız xarici divarlardan ibarət xarabalığı qalıb.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Mədəniyyət 2020-10-06 15:33:00