×
A
A
A
Sazlamalar

Sabah Abşeron yarımadasının bəzi yerlərində hava çiskinli olacaq

Bakı, 6 oktyabr, AZƏRTAC 

Azərbaycanda oktyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində havanın qısa müddətə tutulacağı, çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 19-21° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.
Oktyabrın 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 18-22° isti, dağlarda gecə 2-6°, gündüz 8-12° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 20-25° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 8-12° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 18-22° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-19°, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 2-4° şaxta, gündüz 5-8° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 18-22° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 17-20° isti, dağlarda gecə 7-9°, gündüz 10-13° isti olacağı ehtimalı var.

Ekologiya 2020-10-06 15:12:00