×
A
A
A
Sazlamalar

Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsi, torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi Azərbaycan Aşıqlar Birliyinin üzvlərinin də qəlbində böyük sevinc və iftixar hissi oyadıb. Bu, erməni işğalı altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inamı daha da artırıb.
Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, ordumuzun zəfər yürüşünə və apardığı haqq mübarizəsinə dəstək olaraq Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna 1000 (min) manat vəsait köçürüb.

Mədəniyyət 2020-10-06 14:50:00