×
A
A
A
Sazlamalar

Aşıq Ələsgərin 200 illik yubileyinə hazırlıq görülür

Bakı, 6 oktyabr, AZƏRTAC

Gələn il görkəmli saz-söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi tamam olur. Azərbaycandan Aşıqlar Birliyində (AAB) indidən bu yubileyə hazırlıq işləri görülür, müxtəlif layihələr həyata keçirilir.
Bu barədə AZƏRTAC-a AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Bildirib ki, hazırda Aşıqlar Birliyində, ustad aşıq olmaqla yanaşı, həm də böyük şair kimi məşhur olan Aşıq Ələsgərin lirik şeirlərindən ibarət kitab üzərində iş gedir. Kitaba ustadın lirik gəraylı, qoşma, təcnis və müxəmməsləri daxil ediləcək və hər şeirin əsasən hansı aşıq havası üstündə oxunması da qeyd olunacaq ki, bu da sənətə yeni gələn gənclər üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.
Kitabın bu ilin sonunadək nəşr olunması nəzərdə tutulub.

Mədəniyyət 2020-10-06 14:46:00