×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 56,8 milyon dollar olub

Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 56,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2020-10-06 12:49:00