×
A
A
A
Sazlamalar

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər

Daşkənd, 6 oktyabr, АZƏRTAC
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar ordumuzun əks-hücumu nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsi azad edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) AZƏRTAC-a verilən məlumata görə mərkəzin əməkdaşları torpaqlarımızın azad edilməsi uğrunda şərəflə döyüşən şanlı ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna öz maaşlarından vəsait köçürüblər.
Qeyd olunur ki, AMM-in əməkdaşları da Ermənistanın Azərbaycana təcavüzü və işğalçılıq siyasətinə qarşı dövlətimizin Vətən torpaqlarının azadlığı uğrunda apardığı mübarizədə ölkəmizin haqq işinə dəstək olmaqdan qürur duyur və Azərbaycan dövlətinin, müzəffər ordumuzun yanındadır.
Vətən torpaqlarının işğalçı Ermənistan ordusundan azad olunması yolunda Silahlı Qüvvələrimizə uğur və tezliklə daha böyük zəfərlər arzulayırıq.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2020-10-06 11:52:00