×
A
A
A
Sazlamalar

“Qarabağ̆ Azərbaycandır!” adlı vorkşop start götürüb

Bakı, 6 oktyabr, AZƏRTAC 

İçərişəhərdə yerləşən “Art Tower”də tarixi-memarlıq abidəsində “Arts Council Azerbaijan” tərəfindən “Qarabağ̆ Azərbaycandır!” adlı vorkşop layihəsi start götürüb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanın tarixi ərazisində müharibənin getdiyi bu günlərdə hərbçilərimizə mənəvi dəstək olmaq və cəmiyyətdə vətənpərvərlik ruhunu daha da yüksəltməkdir.
Adı çəkilən layihədə iştirak edən Nigar Familsoy, Kamila Muradova, Röya Həsənova, Nuray Allahverdiyeva, Mətanət Niftəliyeva Roza Muradova kimi rəssamların əl işlərindəın ibarət sərgini oktyabrın 8-də saat 14:00-dan-16:00-dək canlı olaraq izləmək olar.

Mədəniyyət 2020-10-06 11:31:00