×
A
A
A
Sazlamalar

Azərbaycan İstiqlal Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 6 oktyabr, AZƏRTAC

Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda döyüşən rəşadətli ordumuza dəstək hər bir azərbaycanlının müqəddəs borcudur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna muzey əməkdaşlarının könüllü iştirakı ilə ianə etmişdir.
Azərbaycan İstiqlal Muzeyi xalqımızın qürur yeri olan Azərbaycan Ordusunun daim yanındadır. Bu mədəniyyət ocağı hər zaman ölkəmizin ərazi bütövlüyünün və sərhədlərinin qorunması, torpaqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının Milli Ordusunda xidmət edən əsgərlərimizlə qürur duyub.

Mədəniyyət 2020-10-06 11:27:00