×
A
A
A
Sazlamalar

Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasından hərbçilərimizə sovqat!

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza böyük fərəh hissi yaşadır. Vətəndaşlarımız hərbi hissələrə gedərək, əsgərlərimizi ziyarət edir, onlara sovqat aparır və mənəvi dəstək olurlar.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin Ortopedik stomatologiya kafedrasının kollektivi də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizə baş çəkiblər. Əsgərlərimizə yardım məqsədilə topladıqları maddi vəsait hesabına aldıqları zəruri məişət ləvazimatlarını və isti geyimləri onlara pay veriblər.
“Ümid edirik ki, bizim də cəbhə bölgəsində düşmənlə vuruşan əsgərlərimizə kiçik də olsa, köməyimiz dəydi. İnanırıq ki, şanlı ordumuz bu mübarizədə qalib gələcək!”, - deyə ATU-nun Ortopedik stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov bildirib.

Səhiyyə 2020-10-06 11:20:00