×
A
A
A
Sazlamalar

Kürdəmirdə pambıq yığımı davam edir

Kürdəmir, 6 oktyabr, AZƏRTAC

Kürdəmir rayonunda “ağ qızıl” toplanışı davam edir və indiyədək sahələrdən 1068,9 ton məhsul yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, cari mövsümdə 1997,5 hektar sahədə pambıq yetişdirilib. Məhsulun 80 faizdən çoxunun maşınlarla yığılması nəzərdə tutulub. Hazırda hər gün sahələrə 12 pambıqyığan kombayn çıxarılır. İndiyədək məhsulun 783,8 tonu məhz texnikanın qüvvəsi ilə yığılıb.
Rayonda pambığın son qozasınadək itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün əl ilə yığıma 250 nəfərdən çox işçi qüvvəsi çıxır. Əksər ərazilərdə, xüsusilə Muradxan, Carlı, Mollakənd, Köhünlü, Sor-Sor, Şilyan və bir sıra digər ərazi dairələrində məhsul toplanışı daha sürətlə və mütəşəkkil davam edir. Pambıqçılar hər hektardan 23-25 sentner məhsul götürmək əzmindədirlər.

Kənd təsərrüfatı 2020-10-06 11:11:00