×
A
A
A
Sazlamalar

“Expressbank”dan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

Bakı, 6 oktyabr, AZƏRTAC

“Expressbank” ASC Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat vəsait köçürüb.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Hər şey Vətən üçün, hər şey Qələbə üçün!

2020-10-06 10:31:00