×
A
A
A
Sazlamalar

Afaq Məsudun yaradıcılığı Misir mətbuatında

Bakı, 6 oktyabr, AZƏRTAC

Misirin populyar “Əl-Kəlimə” (“Söz”) ədəbiyyat jurnalının oktyabr nömrəsində Azərbaycan Xalq yazıçısı Afaq Məsudun “Gecə” hekayəsi və yaradıcılığı haqqında geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə müəllifin ədəbi yaradıcılığının müxtəlif mərhələlərindən bəhs olunur, romanlarında, hekayələrində və pyeslərində insanın daxili aləmindəki ziddiyyətli məqamlar, üzləşdiyi mənəvi-psixoloji sarsıntılar, müasir Azərbaycan qadınının ailədə və cəmiyyətdə yaşantıları və ağrıları kimi aktual, həssas mövzulara toxunulur.
Qeyd edək ki, ərəbdilli ölkələrə yayılan jurnal Azərbaycan yazıçısının yaradıcılığına ilk dəfə müraciət edir. Məqalənin müəllifi və hekayənin ərəb dilinə tərcüməçisi Misirin tanınmış ədəbiyyatşünas-alimi, tərcüməçi Əhməd Sami Elaydidir.

Mədəniyyət 2020-10-06 10:14:00