×
A
A
A
Sazlamalar

Birja üzvlərinin renkinqinə “PAŞA Kapital” başçılıq edir

Bakı, 5 oktyabr, AZƏRTAC

"Bakı Fond Birjası" QSC yanvar-avqust aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, renkinqə 7 milyard 109 milyon 969,4 min manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir. Növbəti yerlərdə 1 milyard 457 milyon 979,9 min manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 milyard 2 milyon 510,8 min manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 840 milyon 481,2 min manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 575 milyon 845,3 min manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 412 milyon 351 min manatla “İnvest-AZ İnvestisiya Şirkəti" QSC və 147 milyon 950,1 min manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

Maliyyə 2020-10-05 18:59:00