×
A
A
A
Sazlamalar

“Bank Respublika”dan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

“Bank Respublika” torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat vəsait köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Prezident İlham Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
“Bank Respublika” hər zaman olduğu kimi dövlətimizin yanındadır. Əminik ki, işğal altında olan torpaqlarımız müzəffər Ordumuz tərəfindən tezliklə azad olunacaq və üçrəngli bayrağımız orada dalğalanacaq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

2020-10-05 18:22:00