×
A
A
A
Sazlamalar

“Muğanbank” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

“Muğanbank” ASC ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda böyük əzm və şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.
“Muğanbank” ASC korporativ sosial məsuliyyət prinsiplərinə daim sadiqdir. Əminik ki, Qələbə çox yaxındır! Qarabağ Azərbaycandır!

Maliyyə 2020-10-05 18:05:00