Respublika Uşaq Kitabxanası “Zəfər sənindir, Azərbaycan əsgəri” adlı aksiya keçirir
Bakı, 5 oktyabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub yazmaq aksiyası keçirir.
AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.
Aksiyada 6-16 yaşarası uşaq və yeniyetmələr iştirak edə bilər.
Qeyd edək ki, oxucular tərəfindən göndərilən məktublar kitabxananın saytında yerləşdirilməklə yanaşı hərbi hissə və hospitallara göndəriləcək.
Aksiyada iştirak etmək istəyən oxucular məktubları Respublika Uşaq Kitabxanasının [email protected] [email protected] [email protected] poçt ünvanlarına göndərməlidir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir