×
A
A
A
Sazlamalar

Zərdab-Bərdə sərhədində zəlzələ olub

Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Zərdab stansiyasından 19 kilometr qərbdə - Zərdab-Bərdə sərhədində maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb.
Ocağı 33 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Ekologiya 2020-10-05 11:42:00