×
A
A
A
Sazlamalar

® “BirBank” vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna yardım etmək mümkün olub

Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir. Bunu nəzərə alaraq, “BirBank” mobil tətbiqi istifadəçilər üçün yeni imkan yaradıb.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək istəyən “BirBank” istifadəçiləri tətbiqdə olan yeni bölməyə daxil olaraq kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada fonda köçürə bilərlər. Bundan başqa, “Kapital Bank” filiallarında olan ödəniş terminalları vasitəsilə də Silahlı Qüvvələrə Yardım Fonduna ianə məbləğini köçürmək olar.
Qeyd edək ki, bir neçə gün əvvəl “BirBank” istifadəçiləri üçün daha bir yenilik tətbiq edilib. Artıq istifadəçilər bonus şəklində topladıqları “Ürəklər”ini Silahlı Qüvvələrə Yardım Fonduna ianə formasında xərcləyə bilərlər. Fondun ianə hesabına 10 min “Ürək” müqabilində 1 manat, 50 min “Ürək” müqabilində 5 manat, 100 min “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, 100 min manatdan çox vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və sair. Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzi.

Maliyyə 2020-10-05 10:55:00