×
A
A
A
Sazlamalar

Ötən il Azərbaycanda rəsmi nikaha daxil olan qadınların orta yaşı 24,7, kişilərin isə 29,4 olub

Bakı, 5 oktyabr, AZƏRTAC 

Ötən il Azərbaycanda 63 min 869 nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4 təşkil edib. Rəsmi orqanlar tərəfindən qeydə alınmış nikaha daxil olan qadınların orta yaşı 24,7, kişilərin isə 29,4 olub. Birinci nikaha daxil olanların orta yaşı qadınlar arasında 24, kişilər arasında 28,1 təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycanda qadınlar və kişilər” statistik məcmuəsində əks olunub.
Məlumata görə, ötən il 18 yaşadək 366 gəlinin və 1 bəyin rəsmi nikahları qeydə alınıb.

Səhiyyə 2020-10-05 03:21:00