×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondu Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Bakı, 3 oktyabr, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait ayrılması barədə qərar qəbul edib.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, fondun əməkdaşları könüllü qaydada biraylıq əməkhaqqı məbləğində vəsaiti Ordumuza maliyyə dəstəyi olaraq ianə ediblər. Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Maliyyə 2020-10-03 18:16:00