×
A
A
A
Sazlamalar

Tailandda “oyun şəfadır” klinikası

Bakı, 2 oktyabr, AZƏRTAC

Tailandın “Integrated Field” dizayn studiyasının “oyun şəfadır” devizi ilə layihə etdiyi uşaq klinikası böyük ictimai maraq doğurub.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihədə uşaqların klinikada müalicəsi, eyni zamanda, asudə vaxtlarını şən keçirmələri üçün bütün imkanlar yaradılıb.
Nəhəng oyun meydançasına bənzəyən klinikada uşaqların zövqünə uyğun bir neçə növ - standart, xüsusi və lüks palatalar mövcuddur. Pasiyentlərin çarpayılarının üzərində müxtəlif heyvanların - qurbağa, şir və dovşan formasında gecə lampaları asılıb.
Klinikada, həmçinin süni buludlar gəzişən hovuz da fəaliyyət göstərir.

Bu maraqlıdır 2020-10-02 17:24:00