×
A
A
A
Sazlamalar

Təkrar qarğıdalı əkini sahələrində biçin aparılır

Göyçay, 2 oktyabr, AZƏRTAC

Göyçay rayonunda təkrar qarğıdalı biçininə başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ermənistan ordusunun təcavüzünə qarşı döyüşlərlə əlaqədar respublikamızda tətbiq olunan hərbi vəziyyət şəraitində təsərrüfat işləri uğurla həyata keçirilir. Hazırda silosluq qarğıdalı sahələri biçilir.
Qeyd edək ki, cari mövsümdə rayonda 198,4 hektarda təkrar qarğıdalı əkini aparılıb. Bundan 106,5 hektarı dənlik, qalan sahələr isə silosluqdur. Qısa vaxtda 25 hektarda yaşıl yem üçün biçin aparılıb. Hər hektardan 200 sentner olmaqla 500 ton məhsul götürülüb. Biçin davam edir.

Kənd təsərrüfatı 2020-10-02 13:17:00