® “Rabitəbank” ASC Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub
Sentyabrın 27-si səhər saatlarından başlayan və artıq 6 gündür ki, torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə Şanlı Ordumuza dəstək məqsədilə “Rabitəbank” ASC sosial öhdəliyini yerinə yetirir. Bank Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.
Bankın idarə heyətinin sədri Elçin Qədimov bildirib ki, Vətənimiz üçün önəmli olan bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu fəxrlə bildiririk. Böyük Qələbələrin əldə edilməsi üçün hər bir töhfə zəruri və vacibdir. Məğrur Ordumuzun qələbə qazanaraq irəlilədiyi bir zamanda cəmiyyət olaraq Vətən və Ordu qarşısında öhdəmizə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdə həmrəylik nümayiş etdirməliyik. “Rabitəbank” torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda qətiyyətli mübarizə aparan müzəffər Ordumuzla qürur duyur və parlaq zəfərlərinə böyük ümid bəsləyir.
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 26 xidmət məntəqəsi və 69 ATM-i, "Rabitabank Mobile" tətbiqi, “İnternet Bankçılıq” platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb