×
A
A
A
Sazlamalar

Neandertalların genomu COVID-19 üçün ağırlaşdırıcı amil oldu

Bakı, 2 oktyabr, AZƏRTAC 

AZƏRTAC BBC-yə istinadla xəbər verir, Böyük Britaniyanın “Guardian” qəzetində Almaniya və İsveçdən olan alimlər tərəfindən Neandertalların genomu ilə COVID-19 xəstəliyinin daha ağır forması arasında əlaqənin aşkar edilməsindən bəhs edilir.
50 min il əvvəlki bu genetik irsin xəstəliyin ağır və hətta kritik gedişat riskini üç dəfə artırdığı müəyyən olunub.
Bu günə olan məlumata əsasən, avropalıların təxminən 16 faizi və Cənubi asiyalıların təxminən yarısı təhlükəli gen daşıyıcısıdır.
Qeyri-adi risk amili, bir qrup alimin ağır xəstələnmiş koronavirus DNT-sini Neandertal DNT-si ilə müqayisə etmək qərarına gəldikdə təsadüfən aşkar edilib.
Xəstəliyin ağır keçmə ehtimalını artıran DNT seqmentinin əvvəllər müasir Xorvatiya ərazisində yaşamış Neandertallardakı oxşar seqmentlə, praktik olaraq, eyni olduğu aşkar edilib.
Tədqiqatçıların fikrincə, bu genlər bir zamanlar Neandertalları o dövrün yoluxucu xəstəliklərindən qoruyub və buna görə də insan orqanizmində qalıb.
Bu genlərin xəstəliyin gedişatını nə qədər ağırlaşdırdıqları hələ tam aydın deyil, baxmayaraq ki, bir gen immunitet sisteminin reaksiyasına cavab verir, digəri isə virusun insan hüceyrələrinə nüfuz etmə mexanizmi ilə əlaqələndirilir.
Təxmini qiymətləndirmələrə görə, Neandertallardan miras qalmış genom səbəbi ilə bu pandemiyadan təxminən 100 min insan vəfat edib.

Səhiyyə 2020-10-02 12:36:00