×
A
A
A
Sazlamalar

Qay Riçi “Cənablar” filminin motivləri əsasında serialın çəkilişlərinə başlayıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Britaniyalı rejissor Qay Riçi Amerikanın “Miramax” studiyasında özünün “Cənablar” (The Gentlemen) filminin motivləri əsasında eyniadlı serialın çəkilişlərinə başlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, kriminal komediya janrında olan “Cənablar” ekran əsəri elə əvvəlcədən serial kimi nəzərdə tutulmuşdu və indi də bu formatda davam edəcək.
Məlumatda qeyd olunub ki, Qay Riçi bu layihədə nəinki rejissor və ssenari müəllifi, eyni zamanda əvvəl eyniadlı filmin çəkilişləri zamanı əməkdaşlıq etdiyi Ayvan Atkinson və Marn Devislə bərabər icraçı prodüser kimi çıxış edəcək.

 

Teatr və kino 2020-10-02 11:26:00