×
A
A
A
Sazlamalar

Göyçay bağlarında xurma yığımına başlanılıb

Göyçay, 1 oktyabr, AZƏRTAC

Göyçay rayonunda xurma yığımına başlanılıb və az vaxtda bağlardan 30 tondan çox məhsul tədarük olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Göyçayda təsərrüfat işləri aqrotexniki tələblərə uyğun davam etdirilir. İri bağçılıq təsərrüfatına malik olan bölgədə hazırda faraş nar ilə yanaşı, həm də xurma yığılır. Tədarük olunan meyvə birbaşa yerli və xarici bazarlara göndərilir.
Qeyd edək ki, bölgədə mövcud olan 6342 hektar meyvə bağının 1697,7 hektarı xurma bağlarıdır. Son iki ildə xurma bağlarının sahəsi 225 hektar artıb. Bu bağlar əsasən Cəyirli, Potu, Qarabaqqal, Mirzəhüseynli, Ərəbcəbirli, Çayarxı, Qızılağaç, Məlikkənd, Kürdmaşı və bir sıra digər kəndləri əhatə edir. Ötən il 25590 ton xurma istehsal olunan bölgədə cari ildə daha çox məhsul gözlənilir.

Regionlar 2020-10-01 15:10:00