×
A
A
A
Sazlamalar

“HERMES FINANCE” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat köçürüb

Bakı, 1 oktyabr, AZƏRTAC

“HERMES FINANCE” lizinq şirkəti Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi naminə Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Ordumuza fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir fiziki və hüquqi şəxs maksimum dəstək olmağa çalışır.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllü şəkildə daxil olan vəsaitlərdir.

 

Maliyyə 2020-10-01 12:53:00