×
A
A
A
Sazlamalar

Sabirabadda sahələrdən 132 min tondan çox qarpız-yemiş yığılıb

Sabirabad, 1 oktyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabadda bostan məhsullarının yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri bostan sahələrindən cari ilin səkkiz ayında 132 min ton məhsul toplayıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı əkinçilər bu mövsüm 3 min 954 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 3 min 303 hektarını qarpız, 651 hektarını isə yemiş sahəsi təşkil edir. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda məhsul bol olub. Artıq əkinçilər becərdikləri sahələrdən 132 min 301,7 ton qarpız-yemiş toplayaraq yığımı başa çatdırıblar. Yığılan məhsulun 116 min 947,2 tonunu qarpız, 15 min 354,5 tonunu isə yemiş təşkil edir.

Kənd təsərrüfatı 2020-10-01 12:41:00