×
A
A
A
Sazlamalar

Eden Hazard 4 həftə yaşıl meydanlardan kənarda qalacaq

Bakı, 1 oktyabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Eden Hazard yenidən zədələnib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı belçikalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. Buna görə də futbolçu 3-4 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Qeyd edək ki, E.Hazard “kral klubu”na ötən il İngiltərənin “Çelsi” komandasından transfer olunub. O, ötən mövsümdə 16 matça çıxaraq, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

İdman 2020-10-01 11:49:00