×
A
A
A
Sazlamalar

Barter əməliyyatlarında verginin gizlədilməsinə görə sanksiya tətbiq edilir

Bakı, 1 oktyabr, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.
AZƏRTAC xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, əgər barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləğ azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirərək verginin məbləğini yenidən hesablayır.
İqtisadçı vurğulayıb ki, barter əməliyyatları həyata keçirilərkən qiymətlərin qəsdən aşağı salınması səbəbindən gəlirin azaldılması yolu ilə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq vergi məbləğinin gizlədilməsinə görə Vergi Məcəlləsində nəzərdə tutulan sanksiyalar tətbiq edilir.

 

Maliyyə 2020-10-01 11:32:00