×
A
A
A
Sazlamalar

“Ağ və Qara” tamaşası onlayn nümayiş ediləcək

Bakı, 30 sentyabr, AZƏRTAC

Oktyabrın 2-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Ağ və Qara” tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, səhnə əsərini səhnələşdirən və quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir.
Kamran Şahmərdanın “Ağ və Qara” pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşada gözləri tutulmuş uşağın taleyindən, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qüvvələrə rast gəlməsi və hacıleylək, balıq, külək tərəfindən mühafizə səhnəsi təsvir olunur.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında yayımlanacaq.

Teatr və kino 2020-09-30 18:22:00