×
A
A
A
Sazlamalar

Avqustda qiymətli metal filizləri və konsentratlarının istehsalında artım müşahidə olunub

Bakı, 30 sentyabr, AZƏRTAC 

Avqustda mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 700,5 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, qiymətli metal filizləri və konsentratlarının istehsalı iyulla müqayisədə 51,4 kiloqram çox olub.
Sentyabrın 1-nə olan vəziyyətə əsasən 428,2 kiloqram hazır məhsul ehtiyatı var.

Sənaye 2020-09-30 18:00:00