×
A
A
A
Sazlamalar

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) 50101483S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 693 milyon 925 min 500 manat olub. ARMB-in qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. Notlar oktyabrın 28-də ödəniləcək.

 

Maliyyə 2020-09-30 13:20:00