×
A
A
A
Sazlamalar

Respublika Müalicəvi Diaqnostika Mərkəzində bütün qan qrupları üzrə kifayət qədər qan ehtiyatı toplanılıb

Bakı, 29 sentyabr, AZƏRTAC 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının ordumuza dəstək məqsədilə başlatdığı könüllü qanvermə aksiyasına Respublika Müalicəvi Diaqnostika Mərkəzi də qoşulub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, xeyli sayda vətəndaş qan vermək üçün müraciət edib. Onların bir qismindən qan götürülüb. Qalan vətəndaşlardan isə məlumatlar toplanaraq qeydiyyata alınıb. Hazırda mərkəzdə bütün qan qrupları üzrə kifayət qədər qan ehtiyatı toplanılıb. Ehtiyac yaranarsa, qeydiyyata alınan vətəndaşlara qan vermələri üçün müraciət ediləcək.
Bundan əlavə, mərkəzin həkim heyəti könüllü olaraq hərbi xəstəxanalara yollanıb.

Səhiyyə 2020-09-29 17:18:00