×
A
A
A
Sazlamalar

Göyçayda çəltik biçilir

Göyçay, 29 sentyabr, AZƏRTAC

Göyçay rayonunda çəltik biçini davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, respublikamızda tətbiq edilən hərbi vəziyyət şəraitində hər yerdə təsərrüfat işləri ahəngdarlıqla davam etdirilir. Hazırda yetişdirilən çəltiyin vaxtında və itkisiz yığılması diqqət mərkəzindədir. Verilən məlumatda qeyd olunur ki, cari ilin məhsulu üçün bölgədə 5 istehsalçı tərəfindən 109,4 hektarda çəltik yetişdirilib. Artıq fərdi təsərrüfat sahibi olan Şəhadət kənd sakini Natiq Zakirova məxsus 10 hektar sahədə biçin aparılıb. Hər hektardan 30 sentner olmaqla 30 ton yüksək keyfiyyətli yerli düyü istehsal olunub.

Kənd təsərrüfatı 2020-09-29 16:48:00