×
A
A
A
Sazlamalar

Bugünkü valyuta hərracında tələb 62,2 milyon dollar olub

Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 62,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2020-09-29 12:31:00