×
A
A
A
Sazlamalar

Salyanda bağlardan 703 tondan çox meyvə yığılıb

Salyan, 29 sentyabr, Mahir Babayev, AZƏRTAC

İlin ötən aylar ərzində salyanlı bağbanlar becərdikləri 1132 hektar meyvə bağından 703.4 tondan çox məhsul tədarük ediblər.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin 8 ayında bağbanlar becərdikləri meyvə bağlarından 703.4 ton meyvə tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.01 ton çoxdur. Yığılan məhsulun 72 tonunu alma, 43.1 tonunu armud, 23.4 tonunu ərik, 54 tonunu gavalı, 80.6 tonunu alça, 48.6 tonunu şaftalı, 18.9 tonunu gilas, 19.4 tonunu əzgil, 102.6 tonunu heyva, 67.2 tonunu isə albalı təşkil edib. Həmçinin, məhsul istehsalçıları 173.5 ton giləmeyvə də toplayıblar. Tədarük olunan meyvənin, demək olar ki, yarıdan çoxu Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları toplayıblar.
Rayonda meyvə tədarükü davam edir.

Kənd təsərrüfatı 2020-09-29 11:21:00