×
A
A
A
Sazlamalar

Böyük Britaniyanın universitetlərində koronavirusa yoluxma halları artır

London, 28 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın 40-a yaxın universitetində koronavirusa yoluxma halları artdığı üçün minlərlə tələbə karantinə alınıb.
Mançester Metropolitan, Qlazqo, Belfast Kuin, Ekseter və başqa universitetlərdə tələbələr arasında aparılan testlərin nəticələri müsbət olduğu üçün onlar özlərini təcrid ediblər.
Xatırladaq ki, yeni tədris ilində universitetlər tələbələri qəbul etməyə başladı və bununla da onlar arasında yoluxma halları çoxaldı. Daha əvvəl Şotlandiyadakı Abertay, Aberdin universitetlərində koronavirusa yoluxma hallarında artım müşahidə edilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-09-28 16:34:00