×
A
A
A
Sazlamalar

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Ermənistanın genişmiqyaslı təxribatları ilə əlaqədar Azərbaycanın Baş prokuroruna məktub göndərib

Bakı, 28 sentyabr, AZƏRTAC

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə məktub göndərib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Bekir Şahin məktubda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasından dərin narahatlığını ifadə edib. O, Türkiyə ilə bir millət, iki dövlət olan Azərbaycana qarşı işğalçı Ermənistanın terror hücumunu sərt şəkildə qınayıb. B.Şahin şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

2020-09-28 16:21:00