×
A
A
A
Sazlamalar

Xocalı sakini: Düşmənin ağır itkiyə məruz qalması Azərbaycan əsgərinin gücünü göstərir

Ağsu, 28 sentyabr, Adil Ağayev, AZƏRTAC

Rəşadətli Azərbaycan Ordusunun dünən səhər saatlarından bizə bəxş etdiyi sevinc içərisindəyik. Qarabağımızda at oynadan erməni silahlı qüvvələri, nəhayət ki, öz layiqli cəzasını alır. Doğma yurdumuza, Xocalıya dönəcəyimiz günə heç də çox qalmayıb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağsuda məskunlaşan Xocalı sakini, II qrup Qarabağ müharibəsi əlili Əmrah Məmmədov deyib.
Əmrah Məmmədov ermənilərin törətdikləri Xocalı soyqırımını xatırlayaraq bildirib ki, düşmən qoca, qadın, uşaq demədən hər kəsi vəhşicəsinə öldürürdü. “Bu, faşizmin göstəricisidir. İndi eyni vəhşiliyi bu gün cəbhə zonasında görürük. Erməni hərbçiləri yenə də dinc sakinləri hədəfə alırlar. Lakin Azərbaycan Ordusu onlara layiqli cavab verir. Bir neçə kəndimizin azad olunması, strateji yüksəkliklərin geri qaytarılması, düşmənin ağır itkiyə məruz qalması Azərbaycan əsgərinin gücünü göstərir”.

2020-09-28 15:10:00