Gəmilərin dezinfeksiyası davam etdirilir
Bakı, 28 sentyabr, AZƏRTAC
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Professor Gül”, “Akademik Həsən Əliyev”, “Zəfər”, “Orion-26”, “SOCAR-1”, “Om”, “General Əsədov”, “Üfüq”, “Qaradağ-11”, “Dağıstan”, “Bəstəkar Fikrət Əmirov”, “Naxçıvan”, “Andoqa” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb