×
A
A
A
Sazlamalar

Bakı metrosunun iş qrafikində hər hansı dəyişiklik olmayacaq

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı metrosunun iş qrafikinə heç bir dəyişiklik edilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, Azərbaycan ərazisində hərbi vəziyyətin elan olunması ilə əlaqədar metronun iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmur. Belə ki, Bakı metrosu saat 06:00-dan 00:00:dək öz fəaliyyətini davam etdirəcək.

Nəqliyyat 2020-09-28 15:05:00