×
A
A
A
Sazlamalar

Azərbaycan gəncləri və idman ictimaiyyətinin nümayəndələri düşmənin təxribatları ilə əlaqədar bəyanat yayıblar

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də saat 06:00 radələrindən etibarən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ilə bağlı bəyanat yayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dərhal genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Düşmən qısa müddətdə layiqli cavabını alıb, böyük itkilər verib. Azərbaycan Ordusu uğurlu əməliyyat nəticəsində 7 kəndi, Murov dağı silsiləsindəki Murov zirvəsini və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyi işğalçılardan azad edib.
“Ordumuzun zəfərlərindən qürur duyaraq, uzun illərdir bütün sahələrdə yüksək fəallıq göstərən gənclərimiz, saysız-hesabsız beynəlxalq yarışda qələbələr qazanıb, bayrağımızı yüksəldərək himnimizi səsləndirən idmançılarımız adından bildiririk ki, biz Prezident İlham Əliyevin siyasətini hər zaman olduğu kimi dəstəkləyirik. Hər bir gəncimiz, yaşından asılı olmayaraq idman ictimaiyyətinin hər bir üzvü Ali Baş Komandanın ətrafında sıx birləşib, istənilən an ordumuza qoşulmağa, ön cəbhədə döyüşməyə hazırdır.
Bu işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər qazanacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır. Ali Baş Komandanın bu sözləri hər bir azərbaycanlının hədəfi, amalı, arzusudur”, - deyə bəyanatda qeyd edilib.

2020-09-28 15:02:00